Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm.
Unikal.org xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, artıq Qafqazda yeni era başlayır. “Mən dostlarımız Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm. Qurbanların ailələrinə başsağlığı verirəm. Sülh və stabilliyin alternativi yoxdur. Biz birlikdə əməkdaşlığın yeni səhifəsinə başlayırıq”.