Ermənistanda Parlament binasının qarşısında etiraz aksiyası keçirilir.

Unikal.org "news.am"a istinadən xəbər verir ki, etirazçılar parlament binası boyu uzanan Bagramyan prospektini bağlayıblar.

Ərazidə çox sayda polis qüvvələri var.

Etirazçılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmanın ləğvini tələb edirlər.