Estoniya prezidenti Kersti Kalyulayd koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin yaydığı məlumatda deyilir.
“Cümə günü Vilyandiyə səfər zamanı daha sonra COVID-19 diaqnozu qoyulmuş adamla görüşdüm. Yaxın təmas sayıldığımdan bazar etəsinə (16 noyabr) qədər təcrid olunacağam”, - o, feysbukdakı səhifəsində yazıb.
K.Kalyulaydın sözlərinə görə, onun bu həftə keçirilməsi planlaşdırılan bütün şəxsi görüşləri təxirə salınıb.