Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ və Suriya başda olmaqla regional məsələlər müzakirə edilib.
Ərdoğan Dağlıq Qarabağ məsələsində daimi həll olunda doğru addım atıdlığını bildirib.
Türkiyə və Rusiyanın sıx iştirakıyla əldə edilən bu mühüm fürsətin ədalətli və davamlı sülh ilə bölgədə sabitliyin qorunması üçün istifadə edilməli olduğunu qeyd edən Ərdoğan bu nöqtədə ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatda qeyd edilən bəndlərə riayət etməsi olduğunu vurğulayıb.
O, Türkiyənin də Ermənistan işğalından azad edilən torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə təsis olunacaq ortaq mərkəzdə Rusiya ilə birlikdə atəşkəs üçün nəzarət və müşahidə fəaliyyətində olacağını, dolayı yolla bu məqamda Rusiya tərəfinə də mühüm bir məsuliyyət düşdüyünü dilə gətirib.
Ərdoğan Ermənistanın işğalından sonra Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini qeyd edib.
Dağlıq Qarabağ məsələsinin, regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya işbirliyinin əhəmiyyətini göstərdiyini bildirən Ərdoğan eyni işbirliyinin Suriya böhranı üçün də davam etdirilməli olduğunu və orada da bənzər mexanizmin qurula biləcəklərini deyib.