"Pal-V" şirkətinin istehsal etdiyi Liberti (Liberty) uçan avtomobili, artıq Avropa İttifaqı ölkələrində istifadəsi üçün hələki yerüstü vasitə kimi rəsmi olaraq təsdiqləndi. Yeni nəqliyat vasitəsinin hava yolunun 2022-ci ildə açılması planlaşdırılır. Avtomobil yerüstü rejimdə üç təkərli vasitə kimi görünür. Liberti həm yolda, həm də hava ilə hərəkət edə bilir.
Unikal.org xəbər verir ki, avtomobilin quyruq hissəsində güclü mühərrikə malik pər yerləşdirilib. Magistral yolda bir neçə saniyə ərzində saatda 160 kilometrə qədər sürət yığa bilir. Avtomobilin 100 litrlik çəni yanacaq doldurmadan 1300 kilometrə qədər getməsinə imkan verir. Eyni zamanda, avtomobil bir neçə dəqiqə ərzində uçan maşına çevrilir. Havada saatda 180 kilometrə qədər sürət yığa bilir. Aparat 3,5 kilometr yüksəkliyə qalxaraq, 500 kilometr məsafəni qət etməyi bacarır. Libertiyə qalxmaq üçün təxminən 300 metr, eniş üçün isə yalnız 30 metrlik eniş zolağı lazımdır.