Moskvada son sutka ərzində daha 73 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 502-yə çatıb.

Moskvada ümumilikdə 481 mindən çox insan koronavirusa yoluxub, 346 mindən çox pasiyent xəstəliyə qalib gəlib.