İrəvanda etirazçılar Soros fondunun ofisini dağıdıblar. 

Unikal.org xəbər verir ki, bununla bağlı erməni KİV məlumat yayıb. Yayılan görüntülərdə etirazçıların ofisin qapısını qırdıqları əks olunub.

Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan birgə bəyanat İrəvanda etirazlara səbəb olub.