Amerikanın “Google” kompaniyasının servislərinin işində problemlər müşahidə olunur.

Unikal.org  xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında bildirilib.

“Google”un işindən daha çox ABŞ, Meksika, Braziliya, Böyük Britaniya, Fransa, Almaniya və Finlandiyadan olan istifadəçilər şikayət edir.

“Google”un əsas saytının istifadəçilərinin təxminən 54%-i öz hesabına daxil ola bilmədiklərindən şikayətlənib, 45%-i axtarış xidmətinin işində problemlərlə bağlı bildirib. “Youtube”dakı problemlər barədə məlumat verənlərin çoxunda (60%) videolar nümayiş olunmur, daha 33% istifadəçidə veb-saytın yüklənməsində problemlər yaşanır, 6% istifadəçi isə videohostinqdəki səhifəsinə daxil ola bilmir.“Gmail” istifadəçiləri akauntlarına daxil olmaqda (44%), xəbərlərin qəbulunda (15%), bütövlükdə sayta baxmaqda problemlərlə (38%) üzləşib.