Ermənistanda baş nazir Nikol Paşinyana qarşı kütləvi etirazlar davam edir.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bir qrup aksiya iştirakçısı Paşinyanın evinə basqın edib.
Məlumata görə, etirazçılar baş nazirin bir neçə bahalı qol saatını, parfüm və digər əşyalarını oğurlayıb. Onlar hətta Paşinyanın yataq otağına da daxil olublar.