“TikTok” şirkəti, Donald Tramp administrasiyasının ölkədə tətbiqetmənin istifadəsini qadağan etməsi barədə qərarına görə məhkəməyə şikayət edib.
Unikal.org xəbər verir ki, işə ABŞ Apellyasiya Məhkəməsində baxılacaq və Trampın qərarının qüvvəyə minməsi mübahisələndirilib.
Qeyd edək ki, ABŞ rəhbərliyi "TikTok"u tətbiqetmədən amerikalılardan Çin səlahiyyətlilərinə məlumat ötürə bilməkdə günahlandırır.