Azərbaycanın Ermənistan üzərində qələbəsində önəmli rol oynayan Türkiyədən alınan zərbə PUA-ları dünya mediasının da diqqətini cəlb edib.

Unikal.org  xəbər verir ki, ABŞ-ın məşhur jurnalı “Forbes”də Türkiyənin zərbə PUA-ları “sehirli güllə” adlandırılıb. Azərbaycanın Ermənistana qarşı istifadə etdiyi Bayraktar TB-2-lərin uğuru yüksək qiymətləndirilib.

Bundan öncə “The Economist”, “BBC”, rus və yapon mətbuatında da bənzər yazılar yer alıb.