İrəvanda keçirilən etiraz aksiyasında 129 nəfər saxlanılıb.

Unikal.org-un xəbərinə görə, bu barədə “RİA Novosti” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, saat 14.30-a olan məlumata əsasən, Azadlıq meydanında keçirilən etiraz aksiyasında saxlanılan 129 nəfər polis şöbələrinə aparılıb.

Qeyd edək ki, bu gün paytaxt İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

*** 13:08

Ermənistanın paytaxtı Yerevanın Azadlıq meydanında müxalifətin əvvəlcədən planlaşdırılan mitinqi başlayıb.

Unikal.org xəbər verir ki, etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

*** 12:52

Ermənistanda 17 müxalif partiyanın xalqa birgə çağırışı ilə bu günə planlaşdırılan mitinq meydanına xeyli sayda polis qüvvəsi yeridilib.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq kütləvi həbslər də qeydə alınıb.