Rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko Azərbaycanın Qarabağ müharibəsində Ermənistana qalib gəlməsinin səbəblərini açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə məşhur ekspert “Telegram” kanalında yazıb.

Korotçenko paylaşımında qeyd edib:

“Azərbaycan nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəldi:

1. Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev

2. Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu

3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi

4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi

5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməs.

6. Ordu və xalqın birliyi

7. İnkişaf etmiş hərbi-sənaye kompleksi

8. Güclü və çoxşaxəli iqtisadiyyat

9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”