Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Unikal.org-a “Azərsu” ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.