Rusiya sülhməramlıları Ermənistanın Qoris şəhərinə çatıblar. 

Unikal.org "REN TV"yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdasfiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, rusiyalı sülhməramlılar Erebuni aerodromundan 300 kilometr məsafə qət ediblər. 

Qeyd edək ki, dünən Rusiya sülhməramlılarını daşıyan daha səkkiz təyyarə Ermənistana eniş edib.