Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, payız tətili olmayacaq, distant dərslər davam edəcək: “Digər tətillərin tarixləri ilə bağlı müvafiq qərar öncədən ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında buraxılmış dərslərin tətil günləri hesabına kompensasiya ediləcəyini demişdi.