Qondarma rejimin “ədliyyə naziri” Siran Avetisyan istefa verib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, 4 iyundan dırnağarası vəzifəni tutan Avetisyan bu barədə "feysbuk" səhifəsində yazıb:
“Bu qərar mənim siyasi baxışlarımla əlaqəlidir. Artıq Arayik Arutyunyana bununla bağlı məlumat vermişəm".