Ermənistan baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində xalqa müraciət edərkən növbəti dəfə biabır olub.
Unikal.org xəbər verir ki, ilk saniyələrdən səs kəsildiyinə görə Paşinyanın müraciəti səssiz yayımlanıb.
İstifadəçilər şərhlərdə bununla bağlı narazılıqlarını ifadə etsələr də, texniki nasazlıq aradan qaldırılmayıb.
Bəziləri düşünür ki, bu texniki nasazlıq yox, əlacsızlıqdan qəsdən atılmış addımdır. Çünki Ermənistan baş naziri artıq bir neçə gündür imzaladığı təslimiyyəti xalqa izah etməkdə acizdir.
Sonradan həmin canlı yayımın videosu səhifədən silinib və bir neçə dəqiqədən sonra Paşinyan yenidən canlı yayıma çıxıb.