Ermənistanın Qarabağda məğlubiyyətindən sonra Baş nazir Nikol Paşinyanın İrəvandakı iqamətgahına hücum edən 3 nəfər saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasını açıqlamasından sonra İrəvanda etirazçılar baş nazir və ailəsinin yaşadığı iqamətgaha hücum etmişdilər. N. Paşinyan etirazçılar tərəfindən kompüter, saat, ətir və sürücülük vəsiqəsinin oğurlandığını açıqlamışdı.