“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirrəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm döyüş meydanında, həm də danışıqlar masasındadır”.
Unikal.org xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.
H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət Azərbaycana gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”.