Fransa gələn həftə Moskvada, daha sonra BMT-də Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupu iclaslarında iştirak edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Fransa Xarici işlər naziri Jan-İv Le Drian Senatda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsin olması yaxşı xəbərdir, lakin ona tam şəkildə əməl edilməlidir.

Onun sözlərinə görə, "indi əldə edilmiş razılaşmalar əsasında münaqişənin həllinə doğru irəliləmək lazımdır."

Jan-İv Le Drian bildirib ki, Minsk qrupuna Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Mayk Pompeo və özü özü həmsədrlik edir.