Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda saxlanılan müxalifətçilərdən bir neçəsi sərbəst buraxılıb.

Unikal.org Erməni KİV-ə  istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan , “Respublikaçılar” Partiyasının mətbuat katibi Eduard Şarmazanov və “Daşnaksütyun” Partiyasının nümayəndəsi Qeqam Manukyan sərbəst buraxılıblar.  

Bildirək ki, onların hər üçü Ermənistan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsinə (icazəsiz mitinqin təşkili və iştirak) əsasən saxlanılmışdı. Maddə 200-300 min dram (təxminən 500-600 dollar) cərimə və ya 15 gündən 2 aya qədər həbs nəzərdə tutur.

Qeyd edək ki,  daha əvvəl “Vətən” Partiyasının lideri Artur Vanetsyan və “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan sərbəst buraxılmışdılar.