Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ali İhsan Yavuz koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə A.İ.Yavuz sosial şəbəkədə məlumat verib.
“Yorğunluq və yüksək temperatur şikayəti ilə TBMM-in xəstəxanasında müraciət etdim. COVİD testim pozitiv çıxdı. Həkimlərin məsləhəti üzrə müalicəmi evdə davam etdirirəm. Dualarınızı gözləyir, maska, məsafə və gigiyena qaydalarına əməl etməyinizi xahiş edirəm”.