Erməni deputat Vardan Atabekyan Qarabağla bağlı imzalanmış sənədlə əlaqədar parlament çoxluğunu tərk edib.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, “Mənim addımım” blokundan olan deputat Atabekyan bu barədə "Facebook" səhifəsində bildirib.
“Mən də xalqın böyük bir hissəsi kimi imzalanmış bəyanat haqda mətbuatdan xəbər tutdum və bəyan edirəm ki, siyasi komandanın mövqeyi ilə razı deyiləm. Mən “Mənim addımım” blokunun parlament fraksiyasını tərk edirəm və bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyəm.
Odur ki, gələcək parlament fəaliyyətini yaranmış vəziyyətdən minimum itkilərlə çıxmağa və Qarabağ ermənilərinə yardım etməyə yönəltməyə hazıram. Yalnız bu səbəbdən mən öz deputat mandatımdan imtina etmirəm”, - deyə V.Atabekyan yazıb.