Gürcüstanda bu günədək 4 666 tibb işçisi koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O, bu göstəricisinin ümumi yoluxanların 6,4%-ni təşkil etdiyini deyib.
Mərkəz rəhbəri qeyd edib ki, xəstəliyə tutulan səhiyyə işçiləri arasında həkim və tibb bacıları da var.