Bu gün Ankarada Rusiya və Türkiyənin hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağda atəşkəsdən sonrakı vəziyyətlə bağlı müzakirələr aparılıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, nümayəndə heyətləri arasında danışıqların bugünkü hissəsi yekunlaşıb. Qarabağ danışıqları sabah da davam etdiriləcək.
Hələlik görüşün detalları ictimaiyyətə açıqlanmayıb.