"Döyüş mövqelərini tərk edən çoxsaylı fərarilərin olduğu hərbi əməliyyatların bir çox iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təsdiqlənir".
Unikal.org xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini, sabiq hərbi komissar, general-mayor Levon Stepanyan bildirib
O, bildirib ki, Qarabağda müharibə zamanı qeydə alınan fərarilik faktları araşdırılmalıdır: "Bu vəziyyətdə nə edəcəyik? Əlbəttə, heç kəsi bağışlamaq olmaz. Amma digər tərəfdən, bu qədər insanı cinayət məsuliyyətinə cəlb etmək də çətindir. İndi hakimiyyət fərarilik hallarına göz yumsa, bu, təhlükəli presedent ola bilər".