Moskvada son sutka ərzində daha 69 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 712-yə çatıb.

Moskvada ümumilikdə 497 mindən çox insan koronavirusa yoluxub, 358 mindən çox pasiyent xəstəliyə qalib gəlib.