Kanadanın Monreal şəhərində “Ubisoft” şirkətinin ofisinə basqın edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin əməkdaşları girov götürülüb. Polis binanın yerləşdiyi Mayl-End rayonunu mühasirəyə alıb.
Məlumata görə, ofisdə onlarla girov var. Ölən və yaralananlar barədə məlumat verilmir.