Önümüzdəki onilliklərdə Britaniya ordusu on minlərlə robot əsgərdən ibarət ola bilər.
Unikal.org xarici KİV-ə istinadən verir ki, bu barədə Britaniya Ordusunun Müdafiə Qərargahının rəisi, general Nik Karterin sözlərinə istinadən "The Guardian" məlumat yayıb.
"Robotlar bizim iş yerlərimizi əlimizdən almağa davam etdirir! İngilis silahlı qüvvələri nümayəndələrinin proqnozlarına görə, 2030-cu ilə qədər ordunun 25%-i robot olacaq”, - Karter deyib.
General Nik Karter uçan pilotsuz aparatların və robotların İngiltərə ordusunun əhəmiyyətli bir hissəsini təşkil edə biləcəyini düşünür. Bu, işə qəbul edilənlərin azalmasını kompensasiya edə bilər, lakin eyni zamanda Karter belə bir ordunun və "robot müharibəsi"nin gələcəyinin qeyri-müəyyən olduğunu da etiraf edir.
Generalın sözlərinə görə, robotlaşdırılmış ordu 2030-cu illərədək bir gerçəyə çevrilə biləcək. "Düşünürəm ki, 30000-i robot ola biləcək 120.000 nəfərlik bir orduya sahib ola bilərik", - deyə Karter qeyd edib.