“Ermənistan Azərbaycana danışıqlar prosesində nəzərdə tutulduğundan daha çox ərazi qaytarmalıdır. Bu, Ermənistan üçün sarsıdıcı məğlubiyyətdir”.
Unikal.org xəbər verir ki, bu sözləri İstanbulda erməni dilində nəşr olunan “Aqos” qəzetinin baş redaktoru Edvard Tandzikyan "Qraparak" nəşrinə müsahibəsində Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatları şərh edərkən deyib.
Tandzikyan yaranmış vəziyyəti necə qiymətləndirdiyini, Ermənistanın imzaladığı sazişin təhlükəli olub-olmaması barədə suala cavabında bildirib ki, bu vəziyyət Ermənistanın məğlub olmasından xəbər verir. Digər tərəfdən, o qeyd edib ki, Ermənistan yenə də bəzi regionları geri qaytarmaq məcburiyyətində qalacaqdı.
Bununla yanaşı, Tandzikyan yalnız Paşinyanı günahkar hesab etmir. Onun sözlərinə görə, baş verənlərə görə əvvəlki hökumət də məsuliyyət daşıyır.
“Aqos”un baş redaktoru deyib ki, Ermənistan üçün Azərbaycan ordusuna qarşı müqavimət göstərmək çox çətin idi.
Tandzikyanın fikrincə, Rusiya qoşunları regionun zəmanəti ola bilər, lakin bəzən bu, öz işini görməyəcək. İndi Ermənistanın gələcəyi dumanlı görünür.