ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 154 576 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ABŞ-da koronavirusa 10 713 452 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 244 207 nəfəri vəfat edib, 4 051 256 nəfəri isə sağalıb.