Ən böyük müxalifət parlamenti partiyası "Çiçəklənən Ermənistan"ın millət vəkilləri İstintaq Komitəsinə çağırılıb.
Unikal.org xəbər verir ki, bu barədə fraksiya katibi Arman Abovyan cümə günü TASS-a bildirib.
"Mən və fraksiyamızın digər altı deputatı İstintaq Komitəsinə çağrıldıq", Abovyan bildirib.
Qeyd edək ki, bundan əvvəl təhlükəsizlik orqanlarının nümayəndələri “Çiçəklənən Ermənistan”ın lideri Qagik Tsarukyanı Milli Təhlükəsizlik Xidmətinə aparmışdılar.