Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin proporsional sistem üzrə nəticələrini açıqlayıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, seçkidə ümumilikdə 1 992 891 seçici iştirak edib. 65 434 bülleten etibarsız sayılıb.

Nəticələrə əsasən, 48.22% səslə liderlik hakim "Gürcü Arzusu" Partiyasındadır. İkinci yerdə müxalif "Vahid Milli Hərəkat" 27.18% səslə, üçüncü yerdə isə "Avropalı Gürcüstan" Partiyası 3.79% səslə qərarlaşıb. "Lelo Gürcüstan üçün" 3.15%, "Aqmaşanabeli Strategiyası" 3.15%, "Gürcüstan Vətənpərvərlər Alyansı" 3.14%, "Qirçi" 2.89%, "Vətəndaşlar" 1.33%, Leyboristlər Partiyası isə 1% səs toplayıb.