Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 92 nəfər dünyasını dəyişib.
Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 150 141 şübhəli koronavirus testindən keçib, onlardan 3116-nın cavabı pozitiv çıxıb, 2298 xəstə isə sağalaraq evə buraxılıb.