Kəlbəcəri tərk edən ermənilər ölüləri qəbirlərindən çıxararaq özləri ilə aparıblar.
Unikal.org xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.
Hazırda ermənilərin Kəlbəcərdən köçü yekunlaşmaq üzrədir. Onlar daşına bilən əşyaları aparır, evləri və mülki obyektləri, meşələri yandıraraq Kəlbəcərdən çıxırlar.