Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7787-yə çatıb. Qeyd edək ki, Moskvada indiyədək təxminən 504 min insanda koronavirus aşkar olunub, ümumilikdə 363,3 mindən çox xəstə sağalıb.