Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də Şimali Kiprə səfər edəcək.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Şimali Kiprin yaranmasının 37-ci ildönümü münasibətilə təşkil ediləcək mərasimlərə qatılacaq. Bundan başqa, Türkiyə lideri Şimali Kipr Prezidenti Ərsin Tatarla görüşəcək. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar, Kipr məsələsi və Şərqi Aralıqla bağlı son proseslər müzakirə ediləcək.