Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə nazir özünün “Facebook” səhifəsində yazıb.
“Dostlar, ehtiyatlı olmağıma və bütün təhlükəsizlik qaydalarına riayət etməyimə baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Məsafədən işləyəcəm, gündəlik brifinqlər aparacam”, - deyə M.Stepanov yazıb.