Avstraliya Milli Universitetinin alimləri şimşəyi idarə edə bilən bir lazer düşünüb tapıb. Həmin lazer şimşəyin trayektoriyasını dəyişəcək və lazımi yerə yönləndirəcək.
Unikal.org xəbər verir ki, cihazdan bəhs edən məqalə "Nature Communications” jurnalında yayımlanıb.
Kəşflərini sınamaq üçün mütəxəssislər "miniatür ildırım"dan istifadə edib. Elektrik yükünün yığıldığı iki lövhə arasında ildırım yaradılıb. Bundan sonra, fiziklər şimşəyə tərəf lazer şüası yönəldiblər. Lazer hava hissəciklərini qızdırıb və bir növ istilik kanalı əldə edilib. Şimşək də həmin istilik kanalı boyunca irəliləyib. Tədqiqatçılar ixtiralarının yalnız havaya nəzarət üçün deyil, həm də sənaye istehsalında istifadə olunacağını bildiriblər.