Ermənistan ordusunun ehtiyatda olan general-leytenantı, sabiq deputat Manvel Qriqoryanın səhhəti pisləşib.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Arsen Mkrtçyan bildirib.

Vəkilin sözlərinə görə, hazırda generalın vəziyyəti ağırdır. O, faktiki olaraq komadadır.

A.Mkrtçyan bildirib ki, Qriqoryanın xaricdə müalicəyə ehtiyacı var. Vəkil, həmçinin etiraf edib ki, Ermənistanın Azərbaycana məğlub olması generalın səhhətinə mənfi təsir edib: "Məğlubiyyət bəyanatı generalın səhhətinə pis təsir göstərib. O, komaya düşüb. İnsanları tanımır".

Xatırladaq ki, general Qriqoryan 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri olub. O, birinci Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıya vəhşicəsinə işgəncə verən erməni canilərindən biri olub.