Rusiyada son sutka ərzində daha 22 572 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki. Rusiyada COVID-19-a yoluxanların sayı 1 925 825 nəfərə çatıb.

Son sutka ərzində 352 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 33 186 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.