Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 89 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı son statistikanı açıqlayarkən bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 142 496 şübhəli koronavirus testindən keçib, onlardan 3223-nün cavabı pozitiv çıxıb, 2561 xəstə isə sağalaraq evə buraxılıb.
Ağır xəstə sayı 3439 nəfər olub.
Türkiyədə indiyədək 414 278 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 507 nəfər ölüb.