Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və müdafiə-sənayesi kompleksi rəhbərliyi ilə iclas zamanı kreslosunun digərlərindən uzaqda yerləşdirilməsi ilə bağlı zarafat edib.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Uzaqda oturmusunuz? Siz məndən qorxursunuz, yoxsa məni sizdən qoruyurlar?”, -deyə V.Putin soruşub.

Bu suala Rusiyanın Müdafiə naziri Sergey Şoyqu belə cavab verib: “Vladimir Vladimiroviç, biz sizdən qorxuruq”.

Qeyd edək ki, V.Putinin kreslosunun bir qədər aralıda yerləşdirilməsi koronavirus pandemiyası ilə bağlı xüsusi sanitariya tədbirləri ilə əlaqədar olub.