Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan sərbəst buraxılıb.
Unikal.org xəbər verir ki, Vanetsyan məhkəmə zalından azadlığa çıxıb.
Qeyd edək ki, MTX-nin keçmiş direktoru hakimiyyəti ələ keçirmək və baş nazir Nikol Paşinyana sui-qəsd hazırlanmasında ittiham edilirdi.
22:29
xxx
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən partiyasının sədri Artur Vanetsyana qarşı iki maddə üzrə ittiham irəli sürülüb.
Unikal.org xəbər verir ki, bu barədə Vanetsyanın vəkili Ervand Varosyan bildirib.
Onun sözlərinə görə, MTX-nin sabiq direktoru hakimiyyəti zorla ələ keçirmək niyyəti və baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlanmasında ittiham edilib.