Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 80 faizinin nəticələrini açıqlayıb.
Unikal.org xəbər verir ki, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 51,76 faiz səslə öndədir. Moldavanın hazırkı Prezidenti İqor Dodon isə 48,24 faiz səs toplayıb. Seçici fəallığı isə 52,68 faiz olub. Ən aktiv seçicilər 56-70 yaş arasında olub.
Xatırladaq ki, 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.