Moskvada son sutka ərzində koronavirusdan 72 nəfər dünyasını dəyişib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 7859 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Moskvada yoluxma sayı 75 olub.