Bakının Nəsimi rayonunda baş verən intihar hadisəsinin görüntüsü yayılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, özünü güllələyən Ramin Alməmməd oğlu Əliyev iş adam Fərhad adlı şəxsin kürəkənidir.
Əlavə məlumat veriləcək.
*** 13:12
Bakının Nəsimi rayonu ərazisində intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə noyabrın 15-i saat 16 radələrində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Ramin Alməmməd oğlu Əliyev maşınının yanında özünü güllələyərək öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, 3 uşaq atası olan Ramin Əliyev Nəsimi rayonunda kirayədə tək yaşayırmış. İlkin məlumata görə, onun heç kimə borcu olmayıb. Hadisənin səbəbləri araşdırılır.