Ermənistanın paytaxtında bu gün davam edən etiraz aksiyaları zamanı 24 nəfər saxlanılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Daşnaksütyun Partiyasının üzvləridir. 

Polis onları yolu bağlamaqda və təcili yardım maşınlarını buraxmamaqda günahlandırıb.