Pakistanın Bakıdakı səfiri Bilal Haye Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Unikal.org xəbər verir ki, bu barədə səfir “Tvitter” hesabında yazıb.

“Təbrik edirəm, Azərbaycan. Sizin Ağdam nəhayət azad oldu və ona qovuşdunuz”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün Ağdam rayonu 27 ildən sonra erməni işğalından azad olunub.